Ana Sayfa > Özəl > Suriya təhlükəsizlik qüvvələri İŞİD-in bir qruplaşmasını məhv edib
Suriya təhlükəsizlik qüvvələri İŞİD-in bir qruplaşmasını məhv edibDünən, 20:44. Yazar: sevinc1 |
|
Suriya Daxili İşlər Nazirliyi Hələbin Afrin rayonunda keçirilən birgə əməliyyatda İŞİD terror təşkilatı ilə əlaqəli bir qruplaşmanın məhv edildiyini və çoxlu sayda silah-sursatın ələ keçirildiyini açıqlayıb. Nazirliyin Telegram sosial media platformasındakı hesabında verilən açıqlamada, Daxili Təhlükəsizlik Qüvvələri və Baş Kəşfiyyat Bölməsinin Afrində koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində qrup üzvlərinin saxlanıldığı bildirilib. Bəyanatda qeyd olunur ki, sözügedən qruplaşma regionda təhlükəsizlik və sabitliyi hədəf alan düşmənçilik fəaliyyətlərində iştirak edir. Əməliyyat zamanı partlayıcı qurğular, məsafədən idarə olunan detonasiya sistemləri, tank əleyhinə RPG raketləri, müxtəlif silah və sursatlar, eləcə də partlayıcı istehsalında istifadə olunan materiallar ələ keçirilib. aia.az Tərcümə şöbəsi Geri dön |