Ana Sayfa > Gündəm > Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi
Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi25-11-2025, 15:39. Yazar: sevinc1 |
![]() Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. aia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib. Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub. Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. aia.az Geri dön |