Ana Sayfa > Parlament > Deputat:
Deputat:Bu gün, 12:26. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin növbəti iclasında çıxışı zamanı bildirib ki, bu gün dünyada Zorakılıqla Beynəlxalq Mübarizə Günü qeyd olunur. aia.az-ın məlumatına görə, deputat vurğulayıb ki, Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm qanunvericilik addımları atılıb: “Cənab Prezidentin və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm normativ-hüquqi aktlar qəbul edilib. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyevanın qanunvericilik təşəbbüsləri zorakılığa qarşı mübarizənin gücləndirilməsinə ciddi töhfə verib”. Hicran Hüseynova əlavə edib ki, mövcud çağırışlar fonunda zorakılıqla bağlı məsələlərdə daha təsirli tədbirlərin görülməsi vacibdir: “Cəmiyyətin bütün səviyyələrində maarifləndirmə işləri genişləndirilməli, zorakılığın qarşısının alınması üçün kompleks fəaliyyət davam etdirilməlidir”. aia.az Geri dön |