Ana Sayfa > İdman / Karusel > Türkiyədə futbolçulara BIÇAQLI HÜCUM

Türkiyədə futbolçulara BIÇAQLI HÜCUM


25-02-2017, 13:41. Yazar: admin
Türkiyədə futbolçulara BIÇAQLI HÜCUM

Bir qrup "Bursaspor" azarkeşi futbolçuları daşıyan avtobusun İstanbuldan dönərkən Osmanqazi körpüsünün çıxışında qarşısını kəsərək futbolçulara hücum ediblər.

AİA.Az Milliyet-ə istinadən xəbər verir ki, xoşagəlməz olayda bir çox futbolçuların döyüldüyü deyilir.

Türkiyə çempionatının 22-ci turunda "Kasımpaşa" ilə səfər matşında 4:0 məğlub olan "timsahlar"ın azarkeşlərinin hücum zamanı bıçaq və dəmir parçalarından istifadə etdikləri də yayılan xəbərlər arasında yer alır.

Təqsirkarlar polislər tərəfindən saxlanılıb. Haqlarında cinayət işi açılıb.

AİA.az
Geri dön