Ana Sayfa > Özəl > ABŞ-da hər yetkinlik yaşına çatanlar arasında Xərcəng diaqnozu artıb

ABŞ-da hər yetkinlik yaşına çatanlar arasında Xərcəng diaqnozu artıb


24-11-2025, 18:14. Yazar: sevinc1
ABŞ-da hər yetkinlik yaşına çatanlar arasında Xərcəng diaqnozu artıb
ABŞ-da aparılan bir araşdırma, hər 10 yetkindən təxminən birinə həyatlarının hansısa mərhələsində xərçəng diaqnozu qoyulduğunu ortaya qoyub.ABŞ-da yerləşən Gallup tədqiqat şirkəti 2024-cü ildə 23.969 yetkin amerikalı və 2025-ci ilin ilk üç rübündə 16.946 yetkin amerikalı arasında xərçəng nisbətləri ilə bağlı sorğu keçirib.
Müvafiq olaraq, respondentlərin 9,7 faizi həyatlarının müəyyən bir dövründə xərçəng diaqnozu qoyulduğunu bildirib. Bu göstərici Gallup məlumatlarında 2008-ci ildən bəri ən yüksək göstərici olub.

65 və daha yuxarı yaşda olan yetkinlər arasında xərçəng diaqnozu qoyulma nisbəti 2008-2009-cu illər ilə müqayisədə 3,4 faiz artaraq təxminən 21,5 faizə çatıb.

Bu nisbət 45-64 yaş arası insanlar üçün 1,5 faiz artaraq 8,9 faizə çatıb, 45 yaşdan kiçik yetkinlər üçün isə bu nisbət əsasən dəyişməz qalıb.

2013-2022-ci illər arasında adambaşına düşən yeni xərçəng halları təxminən 4 faiz azalsa da, bəzi xərçəng növləri, xüsusən də 50 yaşdan kiçik qadınlar və gənclər arasında artıb.

Sorğunun nəticələri göstərir ki, ABŞ-da yeni xərçəng halları və xərçənglə əlaqəli ölüm nisbətləri azalsa da, ömürləri boyu diaqnoz qoyulan insanların sayı artıb və xəstələr diaqnoz qoyulduqdan sonra daha uzun yaşayırlar.

Mütəxəssislər bildiriblər ki, müalicədə və erkən diaqnoz metodlarında irəliləyişlər xərçəng diaqnozu qoyulmuş insanların ömrünün uzamasına kömək edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön