Ana Sayfa > Dünya > Rusiya ABŞ-nin Arktikanın bir hissəsini ələ keçirməsindən ehtiyat edir?
Rusiya ABŞ-nin Arktikanın bir hissəsini ələ keçirməsindən ehtiyat edir?24-11-2025, 17:10. Yazar: sevinc1 |
![]() Birləşmiş Ştatlar gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir. aia.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib. "Gəlin ABŞ-nin hazırkı prezident administrasiyasının fəaliyyətinin necə başladığını xatırlayaq: onun baxışı dərhal şimala, Qrenlandiyaya, Kanadaya yönəldi. Amerika gələcək geosiyasi mübahisələrdə üstünlük əldə etmək üçün Arktikanın bir hissəsini ələ keçirmək niyyətindədir", - Kosaçev bildirib. Onun fikrincə, Arktikanın geosiyasi əhəmiyyəti ilk növbədə onun ehtiyatları ilə bağlıdır: bütün neft ehtiyatlarının 13%-ə qədəri və qaz ehtiyatlarının 30%-ə qədəri orada cəmləşib. aia.az Geri dön |