Ana Sayfa > Özəl > Şəhid Həsənov Tofiq Etibar oğlunun məzarı ziyarət edilib
Şəhid Həsənov Tofiq Etibar oğlunun məzarı ziyarət edilibBu gün, 15:37. Yazar: azer |
![]() aia.az xəbər verir ki, 21.11.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Cəfərli kənd sakini Həsənov Tofiq Etibar oğlunun doğum günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və camaatın iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi. Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər. ![]() ![]() Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Geri dön |