Ana Sayfa > Gündəm > Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilib -
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilib -Bu gün, 15:36. Yazar: sevinc1 |
![]() Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər. aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Forumda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Polat Safi çıxış ediblər. Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər. Forum çərçivəsində üç panel sessiya keçirilib. Birinci sessiyada Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə edilib. İkinci sessiyada Türk Dövlətləri Təşkilatında inteqrasiyanın perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub. Üçüncü sessiyada nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan və Türkiyənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib. Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri vurğulanıb. Ekspertlər Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğunu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduqlarını bildiriblər. Qeyd olunub ki, iki ölkənin beyin mərkəzləri arasında tədqiqat gündəliyi böyük ölçüdə üst-üstə düşür və bu əməkdaşlıq regiondakı proseslərin daha dərindən təhlilinə imkan yaradır. Bu platformanın təşkil edilməsi region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Türkiyə intellektual əməkdaşlığı regional sabitlik və təhlükəsizlik baxımından yeni sinerji yaradır, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına, eləcə də Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verir. Tədbirin yekununda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və növbəti forumların mütəmadi keçirilməsi müzakirə olunub. *** 09:38 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. aia.az xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edirlər. Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq. Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir. aia.az Geri dön |