Ana Sayfa > Dünya > İsrail ordusundan çox sayda general xaric edildi

İsrail ordusundan çox sayda general xaric edildi


Bu gün, 13:35. Yazar: sevinc1
İsrail ordusundan çox sayda general xaric edildi

İsrail Müdafiə Qüvvələrinin (İDF) baş qərargah rəisi Eyal Zami HƏMAS hərəkatının 7 oktyabr 2023-cü ildə sərhədyanı rayonlara etdiyi hücumlar zamanı və ondan qabaq yol verilən ciddi səhvlərə görə bir neçə yüksək vəzifəli zabiti komandanlıqdan kənarlaşdırıb.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in rəsmi bəyanatında deyilir.

“7 oktyabr (2023-cü il) tarixində IDF İsrail Dövlətinin dinc əhalisinin müdafiəsini təmin etmək kimi əsas vəzifəsini yerinə yetirə bilmədi. Bu, həmin hadisələrdən əvvəl və onların gedişində qəbul edilmiş qərar və fəaliyyətlərlə əlaqəli ciddi, açıq-aşkar və sistematik xarakterli bir uğursuzluqdur”.

Baş Qərargahın qərarı, IDF-in 13 generalı və digər yüksək vəzifəli zabitinə şamil edilib. Ehtiyatda olanlar da daxil olmaqla 10 fəaliyyət göstərən komandan vəzifədən azad edilib və ya istefaya göndərilib. Söhbət ilk növbədə Baş Qərargahın Kəşfiyyat İdarəsinin (AMAN) sabiq rəhbəri general-mayor Aharon Xaliva, Baş Qərargahın Operativ İdarəsinin keçmiş rəhbəri general-mayor Oded Basyuk və Cənub Hərbi Dairəsinə komandanlıq etmiş general-mayor Yaron Finkelmandan gedir.

aia.az
Geri dön