Ana Sayfa > Siyasət / Manşet > `Məqsədimiz odur ki, Xocalı unudulmasın` - Əli Əhmədov

`Məqsədimiz odur ki, Xocalı unudulmasın` - Əli Əhmədov


25-02-2017, 12:28. Yazar: admin
`Məqsədimiz odur ki, Xocalı unudulmasın` - Əli Əhmədov

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Milli Məclisin ötən gün keçirilən iclasında səslənləndirilən Xocalı muzeyinin yaradılması, eləcə də Şəhidlər Xiyabanında bu soyqırımla əlaqəli abidənin qoyulması təklifinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi, bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar: “Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz ondan ibarətdir ki, Xocalı unudulmasın. Təbii ki, unudulmur.

Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin haqqında cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırım olaraq tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar”.

AİA.az
Geri dön