Ana Sayfa > Karusel / Ölkə > Bakıdakı partlayış bu plazada baş verib -
Bakıdakı partlayış bu plazada baş verib -Bu gün, 10:30. Yazar: sevinc1 |
![]() 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən aia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. *** Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür. *** Bakıda obyektdə partlayış olub. aia.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir. Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək. aia.az Geri dön |