Ana Sayfa > Özəl > Ukraynada korrupsiya qalmaqalı səbəbindən hərbi çevriliş proqnozlaşdırılıb
Ukraynada korrupsiya qalmaqalı səbəbindən hərbi çevriliş proqnozlaşdırılıbDünən, 23:37. Yazar: sevinc1 |
![]() "The Spectator" korrupsiya qalmaqalı səbəbindən Ukraynada hərbi çevriliş olacağını proqnozlaşdırıb. Nəşrin müəllifləri mövcud vəziyyətlə bağlı millətçilərin verdiyi açıqlamaları vurğulayıblar. Məqalədə qeyd olunur ki, "Bu, qəribə şəkildə hərbi çevriliş üçün əsaslandırma kimi görünür". Jurnalistlər millətçiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin ən təhlükəli əleyhdarları adlandırıblar və mövcud hökumətin dağılması halında onların ölkəyə rəhbərlik edə biləcəkləri barədə fikirlərini bildiriblər. Məqalənin müəllifləri qeyd ediblər ki, münaqişədən bəri ölkənin ən çətin qışı ərəfəsində Zelenski üçün əsas risklər siyasi çevrilişlər və vətəndaş müharibəsidir. Nəşr əvvəllər Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumlarının və prezidentin yaxın çevrəsinin "tammiqyaslı müharibə"nin astanasında olduğunu bildirmişdi. aia.az Tərcümə şöbəsi Geri dön |