Ana Sayfa > Karusel / Parlament > Milli Məclisin deputatları QDİƏT PA-nın iclasında iştirak edəcəklər
Milli Məclisin deputatları QDİƏT PA-nın iclasında iştirak edəcəklərBu gün, 17:00. Yazar: azer |
![]() Milli Məclisin deputatları – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Musa Quliyev, Eldar İbrahimov və Səbinə Salmanova bu təşkilatın Baş Assambleyasının 66-cı plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclas çərçivəsində “Avropa İttifaqı və digər beynəlxalq regional təşkilatlarla əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq, təşkilatın bir sıra komitələrinin fəaliyyətinə dair məruzələr dinləniləcək. Səfər noyabrın 26-da başa çatacaq. Geri dön |