Ana Sayfa > Dünya > Hindistan HHQ-nin qırıcısı "Dubai Airshow 2025"də qəzaya uğrayıb

Hindistan HHQ-nin qırıcısı "Dubai Airshow 2025"də qəzaya uğrayıb


Bu gün, 16:10. Yazar: sevinc1
Hindistan HHQ-nin qırıcısı "Dubai Airshow 2025"də qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Tejas" qırıcısı "Dubai Airshow 2025"də uçuş proqramı zamanı qəzaya uğrayıb.

Bu barədə aia.az ANI agentliyinə istinadən xəbər verir.

Hindistan Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, hadisənin təfərrüatları dəqiqləşdirilir.

"Pilotun taleyi ilə bağlı məlumat hələ aydınlaşdırılır", - məlumatda bildirilib.

aia.az
Geri dön