Ana Sayfa > Dünya > Gerasimov Putinə nə yalanı deyib?
Gerasimov Putinə nə yalanı deyib?Bu gün, 12:10. Yazar: sevinc1 |
![]() Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndəriləcəyindən qorxduğu üçün Kupyanskın işğal edilməsini Prezident Vladimir Putinə məruzə edib. aia.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb. “Baş Qərargah rəisi istefasından o qədər qorxur ki, hələ tam ələ keçirilməmiş bir şəhərin alınması barədə prezidentə məruzə edir. Bu, dəhşətli bir səhvdir. Ona görə yox ki, Ali Baş Komandanı aldatmaq olmaz, həm də ona görə ki, bunu etməklə Valeri Gerasimov cəbhədəki əsgərlərimizi ciddi təhlükəyə atır”, - məlumatda qeyd olunub. Qeyd edək ki, dünən Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzə edərək, Kupyansk şəhərinin tamamilə ələ keçirildiyini bildirmişdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə məlumatı təkzib edərək, şəhərin Ukrayna ordusunun nəzarəti altında olduğunu açıqlamışdı. aia.az Geri dön |