Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldıBu gün, 10:20. Yazar: sevinc1 |
![]() Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 213, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb. aia.az Geri dön |