Ana Sayfa > Manşet / Siyasət > Yeni Azərbaycan pariyası dünyəvi partiyadır
Yeni Azərbaycan pariyası dünyəvi partiyadırDünən, 23:24. Yazar: azer |
![]() SSRİ dağıldı, müttəfiq respublikalar dövlət müstəqilliyini elan etdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu, tam müstəqilliyin, suverenliyin sənədi oldu. O vaxtlarda respublikada müxtəlif siyasi partiyalar yaradılırdı ki, bu da demokratik prosesin tələbi idi. Yaradılan bütün partiyalar insan amilini dövlətə sədaqətlə bir sırada alilik müstəvisinə çıxatrmağı nəzərdə tuturdu, ancaq Yeni Azərbaycan Partiyası bu niyyəti konstitusion vəzifəyə çevirdi... Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi kimi, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. O illər respublikada siyasi qarışıqlıq dövrü idi və dövlətin idarəçiliyində yol verilən nöqsanlar milli qarşıdurma həddinə yaxınlaşdırırdı. Azərbaycanın taleyini düşünənlər ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə böyük tarixi şəxsiyyət Heydər Əliyevin nüfuzu və siyasi dühası ön palana çəkildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 1992-ci il 16 oktyabr tarixli müraciətinə belə cavab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Yeni Azərbaycan Partiyası Naxçıvanda yaradıldı. Təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, onu ideoloji əsasının əsas tezisi - “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Xalqın partiyası kimi tanınan və bu qürurla da fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayı keçirildi. Bu qurultay təkcə YAP-ın deyil, cəmiyyətin də həyatında mühüm əhəmiyyəti ilə tarixləşdi. Belə ki, bu qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın, Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü idi. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşdı. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olundu: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demoktratik ənənələrin inkişafı. Bu quryltayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür”... Yeni Azərbaycan Partiyası Azərbaycan gerçəkliklərinin təbliğatçısı olan partiyadır, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyası cəmiyyətin demokratik əsaslarla, bəşəri dəyərlər əsasında milli dəyərləri də mühafizə etməklə tanınan və sevilən dünyəvi partiyadır. Bu partiyanın təsis konfransının tarixi də partiyanın, deməli, müasir Azərbaycanın tarixidir: 21 noyabr 1992-ci il yeni tariximizin qürur səhifələrindəndir... Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |