Ana Sayfa > Manşet / Siyasət / Parlament > “Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib”

“Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib”


Bu gün, 20:27. Yazar: azer
“Son illər ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilib”

“ Gündəliyə 2026-cı il dövlət büdcəsi haqqında” qanun və büdcə zərfinin tərkibində olan digər qanun layihələri daxildir. Sözügedən layihələr, Azərbaycan Respublikası Maliyyə nazirliyinin və Hesablama Palatasının rəyi hər birimizə geniş və şəffaf şəkildə təqdim edilib. Büdcə hər bir dövlətin iqtisadi siyasətinin və maliyyə siyasətinin təməl sütunlarından biridir. O, dövlətin sosial- iqtisadi inkişaf prioritetlərini və strateji məqsədlərini özündə əks etdirir. Büdcənin formalaşması prosesi iqtisadiyyatın real vəziyyəti, sosial tələbatlar, regionların inkişaf istiqamətləri və dövlət proqramlarının maliyyələşdirilməsi ilə sıx bağlıdır”.

Vətəninfo.az xəbər verir ki,bunu Milli Məclisin üzvü Asif Əsgərov Milli Məclisin bu gün keçirilən iclasında çıxışında bildirib.

Millət vəkili qeyd edib ki,son illərdə ölkəmizdə büdcə idarəçiliyi sahəsində islahatlar həyata keçirilmişdir, bu da öz növbəsində büdcə prosesinin şəffaflığını artırmaqla yanaşı dövlət vəsaitlərinin daha məqsədyönlü və səmərəli istifadəsinə imkan yaradır:

”Hər bir büdcə qərarı əslində, dövlətin gələcəyi və vətəndaşların sosial təminatı ilə birbaşa əlaqəlidir. Düzgün formalaşdırılmış büdcə ölkənin sabitliyinə, sosial təminatına və uzun müddətli inkişafına yönəlmiş ən güclü vasitədir. Bu gün təqdim olunan büdcə layihəsidə həm ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Asif Əsgərov qeyd edib ki, regionda dəyişən geosiyasi mühit fonunda təhlükəsizlik xərclərinin mütamadi olaraq məqsədyönlü şəkildə artırılması dövlətimizin müdafiə qabiliyyətini daha da gücləndirilməsinə xidmət edir və hər birimizin etibarlı inkişafına təminat yaradır:

” Eyni zamanda,sosial yönümlü siyasətin davam etdirilməsi – əhalinin həssas təbəqələrinin müdafiəsi, məşğulluq proqramlarının genişləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması– büdcənin prioritet istiqamətləri kimi qorunub saxlanılır. Bu dövlətimizin sosial ədalət və dayanıqlı inkişaf xəttinin ardıcıl davamı deməkdir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər ildən-ilə dayanıqlılığını gücləndirən dövlət büdcəsində də özünü büruzə verir. Təqdim olunan qanun layihəsi güclü iqtisadi dayaqlara malik ölkəmizin iqtisadi qüdrətinin, dövlətin sosialyönümlü siyasətinin, müdafiə və təhlükəsizlik məsələlərinə göstərdiyi diqqətin göstəricisidir”.

”Bu gün Qarabağda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir”-deyən millət vəkili Müzəffər Zəfərimizdən sonra azad edilmiş torpaqlarda həyatın bərpası məqsədilə yenidənqurma, infrastruktur və sosial layihələr sürətlə davam etdiyini qeyd edib:

”Dövlətimizin əsas məqsədi yalnız torpaqları azad etmək deyil, həmdə orada həyatın tam bərpasını təmin etməkdir. Bu quruculuq siyasəti Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramı çərçivəsində davam etdirilir və Qarabağ bu gün sülhün, inkişafın və yenidən dirçəlişin simvoluna çevrilir. Qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və quruculuq prosesinin növbəti ildə də dövlət büdcəsinin xərclərinin əsas istiqamətlərindən biri olması işğaldan azad edilmiş tarixi torpaqlarımızın sosial– iqtisadi inteqrasiyasına əsaslı zəmin yaradacaq. Nəzərə çatdırmaq istərdim ki, Zaqatala sakinləri də dövlətimizin başçısının diqqətini və qayğısını gündəlik həyatlarında aydın şəkildə hiss edirlər və bu diqqət onları daha böyük nailiyyətlərə ruhlandırır. Bu xüsusda gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsini, fəaliyyətində əsa istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev fondunun təşəbbüsü ilə də Zaqatalada mühüm layihələr icra edilib. Burada bir məqamı da xüsusi vurğulamaq istərdim – Biz hər dəfə aidiyyatı qurumlara müraciət etdikdə, mərkəzi strukturlar tərəfindən diqqət və anlayış ilə qarşılanırıq. Səsləndirdiyimiz problemlərə diqqətlə yanaşılır, real dəstək göstərilir. Bu, mərkəzi və yerli səviyyədə əməkdaşlığın möhkəmlənməsi üçün çox dəyərlidir və bu münasibətə görə mərkəzi qurumlara səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, komitə iclasında çıxışımda Zaqatala rayonunda həlli zəruri olan bir neçə məsələ tərəfimdən qaldırıldı. Fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm, qeyd edilən məsələlər diqqətlə dinlənildi. Eyni zamanda bildirirəm ki, aidiyyəti dövlət qurumlarına – Elm və Təhsil Nazirliyinə, Energetika Nazirliyinə tərəfimdən müvafiq şəkildə müraciətlər ünvanlandı. Ümidvaram ki, görülən tədbirlər nəticəsində qaldırdığım məsələlərin(Kəpənəkçi kəndində kəskin qəzalı vəziyyətdə olan orta məktəbin və Aşağı Tala kəndində 2014 cü ildə zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən və Fövqaladə Hallar Nazirliyinin quraşdırdıgı sıgınacaqda yerləşdirilən uşaq bağçasının inşası, kəndlərimizin qazlaşdırılması məsələlərinin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq”.

Asif Əsgərov vurğulayıb ki, aparılan islahatlar və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət büdcəmiz gələcək illərdə də iqtisadi inkişafın əsas dayağı olacaq, ölkəmizin sosial rifahına və sabitliyinə mühüm töhfələr verəcəkdir:
Geri dön