Ana Sayfa > Özəl > Cambridge Dictionary "parasosial" sözünü 2025-ci ilin sözü seçdi

Cambridge Dictionary "parasosial" sözünü 2025-ci ilin sözü seçdi


Bu gün, 19:33. Yazar: sevinc1
Cambridge Dictionary "parasosial" sözünü 2025-ci ilin sözü seçdi

Böyük Britaniyada yerləşən Cambridge Dictionary bu ilin sözü olaraq "parasosial" sözünü elan edib. Bu söz, bir insanın əslində tanımadığı məşhur bir insanla birtərəfli münasibətdə olduğunu hiss etməsini ifadə edir.
Lüğətdə qeyd olunur ki, xüsusilə sosial media dövründə sürətlə geniş yayılmış "parasosial" termini azarkeşlərin məşhurlara və onların şəxsi həyatlarına olan güclü marağını təsvir etmək üçün istifadə olunur. Amerikalı müğənni Teylor Svift və onun futbolçu sevgilisi Trevis Kelsin nişanlanmasından sonra parasosial diqqətin artması buna nümunə kimi göstərilir.
Cambridge Dictionary-in baş redaktoru Colin McIntosh, bu terminin uzun müddət akademik dairələrlə məhdudlaşdığını, lakin son illərdə sosial medianın təsiri səbəbindən geniş yayıldığını bildirdi.

Lüğətdə göstərilən nümunələr arasında müğənni Lily Allen-in ayrılıq mövzulu albomunun pərəstişkarlarında yaratdığı parasosial maraq və istifadəçilərin süni intellekt çatbotları ilə yaratdığı emosional əlaqələr var.

Redaktorlar podkast aparıcılarının şəxsi hekayələrinin dinləyicilərdə həqiqi dostluq hissini də inkişaf etdirdiyini və parasosial münasibətləri gücləndirdiyini qeyd etdilər.

Cambridge Dictionary, YouTube sensasiyası IShowSpeed-in obsesif bir pərəstişkarını "1 nömrəli parasosial" adlandıraraq blokladıqdan sonra sözün axtarışlarının artdığını bildirdi.

"Parasosial" sözü ilk dəfə 1956-cı ildə Çikaqo Universitetindən Donald Horton və Richard Wohl tərəfindən televiziya izləyicilərinin ekrandakı şəxsiyyətlərlə qurduğu birtərəfli münasibətləri təsvir etmək üçün istifadə edilmişdir.

aia.az
Tərcümə şöbəsi
Geri dön