Ana Sayfa > Gündəm > Xüsusi nümayəndəlik:

Xüsusi nümayəndəlik:


Bu gün, 18:00. Yazar: sevinc1
Xüsusi nümayəndəlik:

"Hadrut, Qırmızı Bazar və Sos yaşayış məntəqələrində genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri davam etdirilir".

aia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov deyib.

"Hazırda Hadrut qəsəbəsində 10 ev istismara verilib. Burada 10 ailə artıq yaşayır. Eyni zamanda Hadrut qəsəbəsində su anbarının və su şəbəkəsinin bərpası artıq həyata keçirilib. Ərazidə restoranlar, marketlər fəaliyyətə başlayıb. Həmçinin otel binasının bərpası davam etdirilir. Eyni zamanda elektrik, qaz və digər istiqamətlərdə infrastruktur layihələr yenidən qurulur. Paralel olaraq Qırmızı Bazar qəsəbəsində 30 ailə, 110 nəfər məskunlaşıb. Qırmızı Bazar qəsəbəsində bütün sahələr üzrə infrastruktur layihələr həyata keçirilib. Həmçinin Sos qəsəbəsində də bir çox işlər görülüb. Bu günə kimi 78 nəfərdən ibarət 19 ailə köçüb. Bu qəsəbədə layihələr mərhələli şəkildə həyata keçirilir. Həmçinin Sosda bir çox iaşə obyektləri fəaliyyətə başlayıb. Bu gün gördüyünüz kimi artıq 21 ailə Qırmızı Bazar qəsəbəsinə və 20 ailə Sos qəsəbəsinə köçdü", - o bildirib.

aia.az
Geri dön