Ana Sayfa > Cəmiyyət > Suriyada 2 türk hərbçi ölüb, 3-ü yaralanıb

Suriyada 2 türk hərbçi ölüb, 3-ü yaralanıb


24-02-2017, 16:26. Yazar: admin
Suriyada 2 türk hərbçi ölüb, 3-ü yaralanıb

Suriyanın Əl-Bab bölgəsinin minalardan təmizlənməsi zamanı torpağa basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 türk hərbçi ölüb, 3-ü yaralanıb.

Bu barədə AİA.az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Yaralılar dərhal xəstəxanaya aparılıb, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" tərəfindən nəzarət altına alınan Əl-Bab bölgəsində minalanmış avtomobillə terror aktı törədilib. Hadisə nəticəsində ən azı 29 nəfər ölüb.

AİA.az
Geri dön