Ana Sayfa > Dünya > Polşa qırıcılarını Ukrayna sərhədinə göndərib
Polşa qırıcılarını Ukrayna sərhədinə göndəribBu gün, 12:22. Yazar: sevinc1 |
![]() Polşa Ukrayna ilə sərhəddə peyda olan pilotsuz uçuş aparatları ilə əlaqədar qırıcılarını havaya qaldırıb. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin operativ komanda mərkəzinin “X” səhifəsində paylaşım olunub. “Hava məkanımızda Polşa və müttəfiqlərə aid aviasiya hərəkətə keçib”, - paylaşımda əlavə olunub. Qeyd edilir ki, sərhədə göndərilən hərbi hava nəqliyyat vasitələrinin növbətçi qırıcı cütləri və uzaqməsafəli aşkarlama təyyərəsi olduğu deyilir. Bundan başqa, ölkənin hava hücumlarından müdafiə və radiolokasiya-kəşfiyyat sistemləri tam döyüşə hazır vəziyyətə gətirilib. aia.az Geri dön |