Ana Sayfa > Ölkə > İnsult keçirən Əhməd Orucun evi qarət edildi
İnsult keçirən Əhməd Orucun evi qarət edildiDünən, 15:52. Yazar: sevinc1 |
![]() İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib. aia.az xəbər verir ki, bu barədə lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib. "Evimiz "Şamaxinka"da yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumi 10 min manat dəyərində oğurluq edilib". Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib: "Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi polisindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir". Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Əhməd Oruc hazırda reanimasiyadadır. aia.az Geri dön |