Ana Sayfa > Ölkə / Karusel > 14 yaşlı oğlan 15 yaşı oğlanı qıza görə öldürübmüş...
14 yaşlı oğlan 15 yaşı oğlanı qıza görə öldürübmüş...18-11-2025, 12:48. Yazar: sevinc1 |
![]() Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. aia.az Globalinfo.az-a istinadla xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub. Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb. aia.az Geri dön |