Ana Sayfa > Özəl > BMT: Dünya hər il 10 milyon hektar tropik meşə sahəsini itirir

BMT: Dünya hər il 10 milyon hektar tropik meşə sahəsini itirir


Dünən, 20:22. Yazar: sevinc1
BMT: Dünya hər il 10 milyon hektar tropik meşə sahəsini itirir
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, hər il dünyada 10 milyon hektar tropik meşə sahəsi məhv olur. BMT-nin Cenevrə ofisi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında mövzu ilə bağlı paylaşım edib.
Paylaşımda deyilirdi: "Dünya hər il 10 milyon hektar tropik meşələri itirir. İtirilən hər hektar biomüxtəlifliyin azalması, iqlim dəyişikliyinə qarşı müqavimətin zəifləməsi və cəmiyyətlər üçün daha böyük risklər deməkdir."

Paylaşımda həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 30-cu Konfransının (COP30) meşələrin qırılmasının dayandırılması və təbiətin bərpasına investisiya qoyuluşu üçün bir fürsət olduğu vurğulanırdı.


aia.az
Tərcümə şöbəsi
Geri dön