Ana Sayfa > Manşet / Ölkə > Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıbBu gün, 18:00. Yazar: azer |
![]() Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib. Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb. Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərilir, maarifləndirmə tədbirləri təşkil olunur. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK tərəfindən aparılan islahatları və tətbiq edilən yenilikləri yüksək dəyərləndirib. Tədbirdə iki qurum arasında əlaqələrin ə həmiyyətindən bəhs edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Vəkillər Kollegiyası arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər. Sonra Vəkillər Kollegiyasının nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Geri dön |