Ana Sayfa > İqtisadiyyat > Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edildi -
Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edildi -Bu gün, 17:17. Yazar: sevinc1 |
![]() İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb. Nazirlikdən aia.az-a bildirilib ki, görüşdə vurğulanıb ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətləri genişlənir. Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir. Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub. *** 12:47 İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib. aia.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində təşəbbüsləri, əməkdaşlığın şaxələndirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib. aia.az Geri dön |