Ana Sayfa > İqtisadiyyat > "Samsung" istifadəçiləri təbil çalır -

"Samsung" istifadəçiləri təbil çalır -


Bu gün, 17:04. Yazar: sevinc1
"Samsung" istifadəçiləri təbil çalır -

"Samsung" smartfon istifadəçiləri cihazlarda öncədən quraşdırılmış "AppCloud" adlı tətbiqindən narahatdırlar.

aia.az "PhoneArena" portalına istinadən xəbər verir ki, bu tətbiq cihazlardan silinə bilmir - onu tam şəkildə silmək zəmanətin itirilməsinə səbəb ola bilər.

Üstəlik, "AppCloud" genişləndirilmiş sistem səlahiyyətlərinə malikdir. Məlumata əsasən, "AppCloud" İsrailin "ironSource" şirkəti tərəfindən hazırlanıb və daha sonra ABŞ-nin Unity korporasiyasının tərkibinə daxil olub.

"Samsung"un rəsmi resurslarında isə tətbiqin funksiyası və iş prinsipi barədə geniş izah verilməyib. İstifadəçiləri ən çox narahat edən məsələ toplanan məlumatların həcmi olub. Tətbiq barmaq izi kimi biometrik məlumatlara, IP-ünvana və geolokasiyaya, həmçinin istifadəçinin açıq icazəsi olmadan daxil ola bilir. Mənbə iddia edir ki, "AppCloud" gizli şəkildə təsdiqlənməmiş proqramlar quraşdırmaq imkanına da malikdir. Tətbiqi tam silmək mümkün deyil - hətta silindikdə belə "One UI" yeniləmələri ilə birlikdə yenidən bərpa olunur.

Parametrlərdən deaktivasiya da problemi həll etmir: "AppCloud"un bəzi prosesləri arxa planda işləməyə davam edir. Ekspertlər bunun böyük ehtimalla casus proqram deyil, istifadəçi davranışını analiz edən marketinq platforması olduğunu düşünürlər. Lakin tətbiqin iş mexanizminin qeyri-şəffaflığı artıq bir sıra ölkələrdə diqqət çəkib və "Samsung"dan rəsmi açıqlama tələb olunub./Unikal

aia.az
Geri dön