Ana Sayfa > Parlament / Karusel > Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb
Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb24-02-2017, 13:33. Yazar: admin |
![]() “Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır”. AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir: “Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır”. İ.Axundov bildirib ki, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: “Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir”. AİA.az Geri dön |