Ana Sayfa > Karusel / Ölkə > PUA ilə İrandan Azərbaycana narkotik keçirmək istədi -
PUA ilə İrandan Azərbaycana narkotik keçirmək istədi -Bu gün, 12:43. Yazar: sevinc1 |
![]() PUA vasitəsilə İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə aia.az-a DSX-dan məlumat verilib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 17 kiloqram 235 qram narkotik vasitə (14 kq 85 qram marixuana, 3 kq 120 qram metamfetamin, 30 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1987-ci il təvəllüdlü Orucov Azər Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılmışdır. İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |