Ana Sayfa > Gündəm > Ombudsman: “Xocalıda ölən qadın və uşaqların sayı daha çox olub”
Ombudsman: “Xocalıda ölən qadın və uşaqların sayı daha çox olub”24-02-2017, 12:39. Yazar: admin |
"Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb". Adalet.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var. AİA.az Geri dön |