Ana Sayfa > Gündəm > Bakıda 14 marşrutun istiqaməti dəyişəcək

Bakıda 14 marşrutun istiqaməti dəyişəcək


24-02-2017, 12:31. Yazar: admin
Bakıda 14 marşrutun istiqaməti dəyişəcək

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, həmin gün üçün 14 marşrut xəttinin (1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.

AİA.az
Geri dön