Ana Sayfa > İqtisadiyyat > Sahil Babayev 550 milyon manatı banka qoydu
Sahil Babayev 550 milyon manatı banka qoydu14-11-2025, 18:02. Yazar: sevinc1 |
![]() Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib. Bu barədə aia.az-a nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 550 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. aia.az Geri dön |