Ana Sayfa > Özəl > Gədəbəydə şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildi
Gədəbəydə şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildiBu gün, 16:45. Yazar: azer |
![]() aia.az xəbər verir ki, 14.11.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Poladlı kənd sakini Paşayev Firdovsi Afiq oğlunun doğum günü və Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun beşinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və camaatın iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi. Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! ![]() ![]()
Geri dön |