Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir”

Novruzəli Aslanov: “Mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir”


Bu gün, 13:34. Yazar: azer
Novruzəli Aslanov: “Mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir”

“Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əməkdaşlığı bu regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü dəfə iştirak edir və qarşıdakı Daşkənd görüşü bu əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bu gün Xəzər dənizi yalnız coğrafi bir element deyil, xalqlarımızın iqtisadi, tarixi və mədəni birliyinin rəmzidir. Tarixi və mədəni bağlar, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr Mərkəzi Asiya ilə olan əlaqələri daha da gücləndirir. Orta Dəhlizin artan rolu isə bu əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır və ölkələrimizi daha yaxın strateji tərəfdaşlar kimi birləşdirir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin ən yüksək müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb və bildirib ki, dövlətlərarası əlaqələr yalnız ikitərəfli diplomatik əməkdaşlıqla deyil, həm də Prezidentlər arasında şəxsi etimad və dostluq münasibətləri ilə güclənir: “Son bir il yarım ərzində beş qarşılıqlı dövlət səfəri və onlarla mühüm sənədin imzalanması göstərir ki, ölkələrimizin əməkdaşlığı strateji tərəfdaşlıq çərçivəsində davamlı olaraq inkişaf edir. Ali Dövlətlərarası Şuranın fəaliyyəti isə bu münasibətlərin dayanıqlı və planlı şəkildə güclənməsinə xüsusi töhfə verir. Əməkdaşlığın iqtisadi, nəqliyyat, enerji və mədəni-humanitar sahələrdə uğurları da diqqətəlayiqdir. İqtisadi-ticari əlaqələr sürətlə genişlənir, sərmayə qoyuluşları artır, Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi yüksəlir. Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı ölkəmizin regionda strateji rolunu möhkəmləndirir. Eyni zamanda mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. İdman, media və qeyri-hökumət təşkilatları sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan qardaşlığını həm simvolik, həm də real səviyyədə möhkəmləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön