Ana Sayfa > Ölkə > Anatomiya bilikləri
Anatomiya bilikləriBu gün, 11:13. Yazar: azer |
![]() İnsan bioloji varlıq olub yaradılmış canlıların ən mükəmməlidir. Təsadüfi deyildir ki, əsrlərdir cəmiyyətin düşünən beyinləri məhz insan orqanizminin quruluşunu öyrənməklə məşğuldurlar. Qalen, İbn Sina, Vezali, Hippokrat və. s kimi elm əhli hələ qədim zamanlardan bəri insan bədəninin quruluşu və xüsusiyyətlərini araşdırmağa çalışmışlar. Əsrlər keçməsinə baxmayaraq bu mürəkkəb və möcüzəli sistemlər toplusu hələ də tam öyrənilməmişdir. İnsan orqanizmi çoxlu sayda sistemlərdən təşkil olunub. Bunlara dayaq-hərəkət aparatını, həzm, tənəffüs, sidik-cinsiyyət, endokrin, qan-damar, sinir və limfa sistemlərini, duyğu orqanlarını və s. misal göstərmək olar. Ona görə də tibbin hazırda çox müxtəlif sayda sahələri mövcuddur. Lakin bir fakt var ki, bütün tibbi sahələrin əsasında anatomik biliklər dayanır. Hazırda ölkəmizdə və dünyada tibbin müxtəlif sahələrinin, o cümlədən kosmetologiya, dietologiya, idman anatomiyası və. s kimi sahələrin də inkişafda olduğunu nəzərə alaraq tibb tələbələrin və həkimlərin anatomik biliklərinin artırılmasında böyük fayda görürük. Çünki insan orqanizmi, onun inkişafı, mövcud olan xəstəliklərin profilaktikası və müalicəsində orqanizmin anatomik quruluşunu mükəmməl bilmək hər bir mütəxəssis üçün çox vacibdir. Təsadüfi deyildir ki, tibbdə “Sine anatomia medicina nulla est“, yəni “Anatomiyasız tibb yoxdur” deyə deyim mövcuddur. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında tibb tələbələri üçün bu fənn yüksək səviyyədə tədris olunur. Bunun üçün kafedranın maddi-texniki bazası kifayət qədər güclüdür. Lakin nəzərə alsaq ki, tibb sahəsində çalışan hər kəsin yolu Azərbaycan Tibb Universitetindən keçməyə bilər, həkimlər isə anatomiyanı gündəlik təkrarlamalıdır. Tibbi personalın bazal anatomik biliklərə ehtiyacı, günün tələblərinə uyğun olaraq, artmışdır. Dünya üzrə müxtəlif ölkələrdə bu elmin tədrisi üçün müxtəlif sosial platformalar mövcuddur. Lakin ölkəmizdə, öz ana dilimizdə anatomiya kimi çox önəmli bir fənni professional səviyyədə tədris edən peşəkar bir tibbi platforma mövcud deyildi. Bu baxımdan Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Əfqanə Kəsəmənlinin İnstagram və Youtube sosial şəbəkələrində yaratdığı "anatomiya_bilikleri" adlı səhifə tibb tələbələri, həkimlər, idmançılar, pilatesçilər və. s. kimi insan orqanizminin quruluşu və funksiyaları ilə çalışan mütəxəssislərin maariflənməsində mühüm bir ilk oldu. Hesab edirik ki, Əfqanə xanımın bu fəaliyyəti birbaşa xalqımızın sağlamlığına xidmət edir. Çünki savadlı həkimlər sağlam əhali deməkdir. Ümid edirik ki, tibb sahəsində oxuyan tələbələrin bu elmi dərindən öyrənməsi və həkimlərin anatomik biliklərinin təkrar edilməsində bu sosial şəbəkə platformalarının mühüm rolu olacaqdır. Sosial şəbəkələr gənclərin maariflənməsinə xidmət etməli, onlarda peşəkar vərdişləri yaratmalıdır. Bu işdə ali məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür, çünki sosial şəbəkələrin istifadəçiləri içərisində tələbələr xüsusi yer tutur. Biz Əfqanə xanıma bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik, bu mühüm proyektin davamlı olmasını diləyirik. ![]() Geri dön |