Ana Sayfa > Dünya > "ChatGPT"nin iki yeni versiyası təqdim edildi

"ChatGPT"nin iki yeni versiyası təqdim edildi


Bu gün, 08:33. Yazar: sevinc1
"ChatGPT"nin iki yeni versiyası təqdim edildi

"OpenAI" şirkəti "ChatGPT"nin iki yeni versiyasını təqdim edib.

aia.az xəbər verir ki, bunlar "GPT-5.1 Instant" və "GPT-5.1 Thinking" adlı dil modelləridir.

Məlumata görə, ilkin mərhələdə yenilənmələrdən "ChatGPT"nin "Plus" və "Pro" abunəçiləri yararlana biləcəklər. Yeni versiyalar növbəti bir neçə gün ərzində tədricən istifadəçilərə təqdim olunacaq.

"GPT-5.1 Instant" modeli sürətə yönəlib və gündəlik ünsiyyət, qısa e-poçtların hazırlanması, tərcümeyi-halların tərtibi və sadə proqramlaşdırma tapşırıqları üçün nəzərdə tutulub.

Əvvəlki versiyadan fərqli olaraq, bu model lazım gəldikdə avtomatik şəkildə qısa əsaslandırma rejiminə keçə bilir. Cavab strukturu da təkmilləşdirilib.

"GPT-5.1 Thinking" isə çoxmərhələli hesablama, proqramlaşdırma, planlaşdırma və analitika kimi yüksək dəqiqlik və təhlil dərinliyi tələb edən tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Model hesablama resurslarını dinamik şəkildə bölüşdürür, sadə sorğuları daha tez emal edir və mürəkkəb cavablar üçün düşünmə vaxtını artırır.

Əsas təkmilləşdirmələrə daha güclü məntiqi ardıcıllıq, kontekstin daha yaxşı saxlanılması və azaldılmış jarqon daxildir. "Thinking" versiyasının cavab sürəti "Instant"dan daha yavaşdır.

"OpenAI" eyni zamanda "ChatGPT"nin fərdiləşdirmə sistemini də yeniləyib. İstifadəçilər altı ünsiyyət üslubundan birini seçə biləcəklər: "Default", "Friendly", "Efficient", "Professional", "Candid" və "Quirky".

Şirkət bildirir ki, yeni versiyalar eyni təhlükəsizlik yoxlamalarından keçib və emosional baxımdan həssas vəziyyətlər üçün təkmilləşdirilmiş filtrlərlə təmin edilib.

aia.az
Geri dön