Ana Sayfa > Özəl > Merz ukraynalılara müraciət etdi
Merz ukraynalılara müraciət etdi13-11-2025, 21:39. Yazar: sevinc1 |
![]() TASS agentliyinin alman media orqanına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Fridrix Merts gənc ukraynalıların Almaniyaya getmək əvəzinə "öz ölkələrində xidmət etmələrini" təklif edib. Berlində keçirilən konqresdə çıxış edən Merz bildirib ki, Zelenski ilə telefon danışığı zamanı ondan "bu məsələyə nəzarət etməsini" xahiş edib. Almaniya kanslerinin sözlərinə görə, Ukraynada gənc kişilərə "ehtiyac var". Merz həmçinin Berlinin müəyyən qrup ukraynalı qaçqınları vətəndaşlıq müavinətlərindən məhrum etmək planlarını təsdiqləyib. Merz: Almaniya müasir tarixinin ən çətin dövrlərindən birini yaşayır Xatırladaq ki, avqustun sonunda Ukraynada 18-22 yaş arası kişilərin hərbi vəziyyət dövründə ölkəni tərk etməsinə icazə verən bir qayda qüvvəyə minib. Bundan sonra bir çox gəncin bu hüquqdan istifadə etmək qərarına gəldiyi və bunun da nəzarət məntəqələrində uzun növbələrə səbəb olduğu bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |