Ana Sayfa > Parlament > Nyu-York polisi Ağ evə tabe olmadı
Nyu-York polisi Ağ evə tabe olmadı24-02-2017, 10:32. Yazar: admin |
Nyu-York polisi rəsmi Vaşinqtonun qeyri-qanuni miqrantların deportasiyası üzrə göstərişlərini yerinə yetirməkdən imtina edib. AİA.Az virtualaz-a istnadən xəbər verir ki, bu barədə şəhər polisinin komissarı Ceyms O'Nil bəyanat yayıb. Polis əməkdaşları miqrant xidmətinin federal məmurlarının vətəndaşların kütləvi deportasiya üzrə verdiyi orderi icra etməyəcəklər. "Hər bir vətəndaş, mühacir olub-olmamasından asılı olmayaraq, qorxusuz bizə müraciət edir. Bu bizim üçün çox önəmlidir. Nyu-York polisi immiqrasiya üzrə vətəndaş qanunlarını icra etməyə məcbur deyil. Bizim idarəmiz gömrük və miqrasiya xidmətlərinin əməkdaşları tərəfindən verilmiş, miqrasiya üzrə qanun pozuntularına aid inzibati orderləri icra etmir" - departamentin əməkdaşlarına göndərilən yazılı müraciətdə belə qeyd olunub. AİA.az Geri dön |