Ana Sayfa > Siyasət > Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər
Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklərDünən, 15:13. Yazar: azer |
![]() Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvü Azər Allahverənov və deputat Elçin Mirzəbəyli noyabrın 14-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının 42-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər noyabrın 17-də başa çatacaq. Geri dön |