Ana Sayfa > Karusel / Dünya > TRIPP-in tikintisinə nə zaman başlanacaq? -

TRIPP-in tikintisinə nə zaman başlanacaq? -


13-11-2025, 09:49. Yazar: sevinc1
TRIPP-in tikintisinə nə zaman başlanacaq? -

"Ermənistanda TRIPP (Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu) hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.

aia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"İlin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları təsvir ediləcək və bu, 2026-cı ilin birinci yarısında təsdiqlənəcək", - deyə Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

O əlavə edib ki, Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə də çox yüklənib, lakin Ermənistan göstərilən müddətlərə çatmağa çalışacaq.

aia.az
Geri dön