Ana Sayfa > Gündəm > Deputatla jurnalistin çəkişməsi sona yetdi - Elmira Axundova istəyinə nail oldu
Deputatla jurnalistin çəkişməsi sona yetdi - Elmira Axundova istəyinə nail oldu23-02-2017, 19:49. Yazar: admin |
Deputat Elmira Axundova ilə jurnalist Feyruz Həşimov arasında uzun müddət davam edən mübahisə sona yetib. Milli.Az xəbər verir ki, məhkəmə qərarlarına əsasən, bütün çəkişmələr sonda Feyruz Həşimovun Elmira Axundovadan üzr istəməsi, kütləvi informasiya vasitələrində yaydığı yanlış məlumatların təkzib olunması və vurduğu mənəvi zərərə görə Feyruz Həşimovdan 2.000 manatın tutulması ilə nəticələnib. Xatırladaq ki, Milli Məclisin üzvü Elmira Axundova hələ 2015-ci ildə bəzi kütləvi informasiya vasitələrində onun barəsində qərəzli və böhtan xarakterli materiallar yaydığı iddiası ilə jurnalist Feyruz Həşimovu məhkəməyə vermişdi. Elmira Axundova Feyruz Həşimovdan kütləvi informasiya vasitələrində onun barəsində yaydığı şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsini, ondan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat tutulmasını tələb edirdi. AİA.az Geri dön |