Ana Sayfa > Dünya > "Müharibə olmasa, atəşfəşanlıq edəcəyəm" -
"Müharibə olmasa, atəşfəşanlıq edəcəyəm" -12-11-2025, 07:53. Yazar: sevinc1 |
![]() Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşdığını və Serbiya ordusunun gücləndirilməli olduğunu deyib. aia.az xəbər verir ki, Serbiya lideri televiziyalardan birinə verdiyi müsahibəsində deyib: "Serbiya yaxınlaşan müharibə qarşısında çətin vəziyyətdədir. Yaxınlaşan münaqişə ilə bağlı qorxularım əsassız olarsa, mən də şad olaram və atəşfəşanlıq edəcəyəm. Lakin Serbiya özünü silahlandırmağa davam etməlidir", - deyə Vuçiç vurğulayıb. Prezidentin sözlərinə görə, əsas prioritet ölkənin Hərbi Hava Qüvvələrinin gücləndirilməsidir. Bu açıqlama Qərblə Rusiya arasında artan gərginlik fonunda səslənib aia.az Geri dön |