Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb


11-11-2025, 09:43. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

aia.az
Geri dön