Ana Sayfa > İdman > Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş


11-11-2025, 07:58. Yazar: sevinc1
Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

aia.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Mert Çelik də var.

Vaxtilə “Neftçi” və “Səbail”də çıxış etmiş mərkəz müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib.

O, hazırda Türkiyə birinci liqa təmsilçisi “Sivasspor”un heyətində çıxış edir.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.

aia.az
Geri dön