Ana Sayfa > İdman > Mahir Emreli zədələndi -
Mahir Emreli zədələndi -11-11-2025, 07:48. Yazar: sevinc1 |
![]() Almaniyada 2-ci Bundesliqasında “Kayzerslautern”in formasını geyinən Mahir Emreli klubunun evdə “Herta” ilə qarşılaşmasında zədələnib. aia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, futbolçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. Xatırladaq ki, “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir. aia.az Geri dön |