Ana Sayfa > Ölkə > Gəncə sakini Dövlət Komissiyasına müraciət etdi
Gəncə sakini Dövlət Komissiyasına müraciət etdi10-11-2025, 10:07. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova Surəti: Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayevə Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərova Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova Surəti: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi cənab Gündüz Kərimova Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi cənab Xalid Əhədova Surəti: Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova Surəti: Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova Surəti: Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramova Surəti: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə Gəncə şəhəri, Cümhuriyyət küçəsi, 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanda yaşayan Haqverdiyev Qoşqar Umud oğlu tərəfindən XAHİŞNAMƏ Noyabrın 8-də beş illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfərinin əldə olunması Azərbaycan dövlətinə xalqına xeyli qurbanlar hesabına başa gəlmiş, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə xeyli ziyan dəymişdir. Azərbaycan Respublikasının Prezidentinin həmin dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında 6 noyabr 2020-ci il tarixli, 2292 № - li Sərəncamı əsasında siz vəzifə sahiblərindən ibarət tərkibdə Dövlət Komissiyası yaradılmışdır. Möhtərəm komissiya sədri və hörmətli komissiya üzvləri! Məlum edirəm ki, Ermənistanın atdığı raket zərbələrinə tuş gələn evlərdən biri də mənə məxsusdur. Lakin təəssüf ki, evimə dəyən ziyan tam deyil, qismən ödənilmiş, evin həyətində olan hasar və digər köməkçi tikililərə dəyən zərərə görə kompensasiya verilməmişdir. İndi həmin köməkçi tikililər təhlükəli, qəza vəziyyətindədir. Mənim – 65 yaşlı işsiz vətəndaşın bu təhlükə vəd edən nasazlıqları aradan qaldırmağa yetəcək imkanım yoxdur. Odur ki xahiş edirəm, Komissiyanın evimə və evin həyətyanı sahəsinə yenidən baxış keçirilməsini, mövcud vəziyyətin qiymətləndirilməsini təmin edəsiniz. Qabaqcadan minnətdarlığımı bildirirəm. İmza: Qoşqar Haqverdiyev Əlaqə: tel.055 222 75 97 Tarix: 09.11.2025 Geri dön |