Ana Sayfa > Ölkə > Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu

Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu


Bu gün, 16:41. Yazar: sevinc1
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

aia.az bildirir ki, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

aia.az
Geri dön