Ana Sayfa > Karusel / Parlament > Vüqar Bayramov Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək
Vüqar Bayramov Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcəkBu gün, 15:34. Yazar: azer |
![]() Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. O, Vaşinqton Universitetində təşkil ediləcək Qlobal Tədqiqat Mükəmməlliyi mövzusuna həsr olunmuş beynəlxalq konfransa qatılacaq, “Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda çıxış edəcək. Səfər çərçivəsində Milli Məclisin deputatı Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcək Beynəlxalq Sosial İslahatlar barədə konfransda da iştirak edəcək, Azərbaycanda həyata keçirilən sosial islahatlar və inklüziv sosial tədbirlər barədə məruzə edəcək. Səfər noyabrın 14-də başa çatacaq. Geri dön |