Ana Sayfa > Özəl > “Konstitusiya Və Suverenlik ili” ilə əlaqədar YAP Gədəbəy rayon təşkilatı tədbir keçirib

“Konstitusiya Və Suverenlik ili” ilə əlaqədar YAP Gədəbəy rayon təşkilatı tədbir keçirib


Bu gün, 15:29. Yazar: azer
“Konstitusiya Və Suverenlik ili” ilə əlaqədar YAP Gədəbəy rayon təşkilatı tədbir keçirib

Bu gün - 07.11.2025 -ci il tarixdə YAP Gədəbəy rayon təşkilatının Slavyanka , Arısu və Böyük Qaramurad kənd Ərazi Partiya Tışkilatlarında “Konstitusiya Və Suverenlik ili” ilə əlaqədar partiya tədbirləri keçirilmişdir.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər Konstitusiya və Suverenlik ili ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdilər.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm mərhələdir. Bu il biz həm hüquqi əsaslarımızın – Konstitusiyamızın – dərin mənasını, həm də milli suverenliyimizin əzəmətini bir daha dərk edirik. Azərbaycan Konstitusiyası xalq iradəsinin təcəssümüdür, suverenliyimiz isə müstəqilliyimizin qürur mənbəyidir. Hər bir vətəndaş bu dəyərləri qorumaqla Vətəninə xidmət edir. Bu il təkcə hüquqi yaddaşımızı deyil, həm də milli birliyimizi gücləndirən il kimi tarixə düşəcək.


Geri dön